SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Taksi dayanacaqlarına yeni standart tətbiq olunur

Taksi dayanacaqlarına yeni standart tətbiq olunur

Tarix:

11-05-2017, 15:33

/ 55 296 dəfə oxundu.
Taksi dayanacaqlarına yeni standart tətbiq olunur

Bakı Nəqliyyat Agentliyinin (BNA) pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb.

xalqxeber.az BNA-nın məlumatına əsasən bildirir ki, hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun dizaynda xətlənmə və nişanlanma işləri aparılır.

"Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb", - deyə məlumatda qeyd edilib.

Şərhlər

XƏBƏR LENTİ