XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır - ÇƏKİŞMƏ...

Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır - ÇƏKİŞMƏ...

Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır - ÇƏKİŞMƏ...
6-05-2021, 15:21

 "Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov ) 2 il qabaqkı 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında qərardadını “presedent “ kimi qəbul edib , iddiaçıdan gizlin 25.02.2021 -ci il tarixli qərardadla iddianı mümkün saymamasını Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Xəyalə xanım Cəmilova) 14 aprel 2021-ci il tarixli qərardadla qanuni sayıb. Qərardadını Məcəlləyə zidd olaraq Mülki Prosessual Məcəllənin anonim (axı belə maddə yoxdur! ) maddəsi ilə “əsaslandıran” yuxarı instansiya İPM-in 20-ci maddəsinin tələbinə uyğun olaraq hələ də qəbul etdiyi qərardadı MPM-də müəyyən edilmiş qaydaya uyğun olaraq təqdim etməyib". Bub barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "MPM-in 266.1 maddəsinə görə, qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Bu hesabla 14.04.2019-cu il tarixli 2-1 (103)-1312/2021 saylı qərardad ən geci 19.04.2021-ci ildə rəsmi qaydada verilməli olsa da, 22 gün keçib, hələ də iddiaçı Qarabağ qazisinə qərardad verilməyib. Deyəsən, heç vermək fikrində də deyil, nədən 20 günlük şikayətlərdən, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün vəkillə təmin olunma haqqında ərizələrdən sonra Qarabağ əlili 04.05.2021-ci il tarixli “sms” bildirişi ilə 19.05.2019-cu il tarixli iclasa çağırılıb. Ümumiyyətlə, bildirişin forma və məzmunu MPM-in tələbinə uyğun deyil. MPM-in 139.2.6 maddəsinin tələbinə görə, məhkəmə bildirişində ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı İŞİN ADI göstərilməlidir. Nə birinci instansiya, nə apellyasiya instansiyası , nə də ali instansiya bu tələbə əməl edir. Bu instansiyalar nədənsə, “işin adı”nı işin nömrəsi ilə dəyişik salırlar. Halbuki, nömrə iş haqqında heç bir bilgi vermir. Axı nömrə ilə iclasa çağırılan şəxs nə bilsin ki, işin adı nədir, iddiaçı kimdir, cavabdeh kimdir, tələb nədir ?!

Elə Bakı Apellyasiya Məhkəməsinin 19.05.2019-cu il tarixli iclasa bildirişində də işin adı göstərilməyib. Məntiq deyir ki, iddiası mümkün sayılmayan qazinin kassasiya şikayəti vermək üçün vəkillə təmin edilməsi barədə ərizəsinə baxılacaq. MPM-in 268-ci maddəsi qərardadlardan şikayətvermə müddətinin 10 gün olduğunu doğrulayır. Belədə 14.04.2019-cu il tarixli qərardaddan kassasiya şikayəti vermək üçün üç 10 gün sonraya dövlət büdcəsinin vəsaiti hesabına vəkil ayrılması haqqında ərizəyə baxılması hansı məntiqə və prosessual müddətə hesablanıb? Özü də belə ərizələrə tərəflər çağırılmadan da baxılır.

İddianı MPM-in anonim maddəsinə əsasən mümkün saymayanlar, deyəsən, MPM-in 10-cu fəslinə uyğun olaraq prosessual müddətləri də hesablaya bilmirlər. Yəqin, DİN-in vəkili Əlirza Həbilovun qeyri-prosessual basqısı yuxarı instansiya hakimlərinə (də) İPM -i, MPM-i unutdurub. Unudurlar ki, məhkəməyə hər hansı basqı, müdaxilə, kənar təsir yolverilməzdir. Prezident 03.04.2019 tarixli “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” sərəncamında qeyri-prosessual münasibətlərin yolverilməzliyini xüsusi vurğulayıb və Məhkəmə Hüquq Şurasına konkret göstərişlər verib.

Məhkəmə Hüquq Şurası “unutqan” , süründürməçi hakimlərin yaddaşlarını bərpa edə bilər, yəqin".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.