"Daha iki-üç təkanın olması gözlənilir" - Qurban Yetirmişli
"Bu gün səhər saat 07:24-də Saatlı rayonunda qeydə alınan zəlzələdən sonra həmin ərazidə maqnitudası 2.9 olan daha bir zəlzələ olub".
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
O bildirib ki, zəlzələdən sonra avtoşoklar həmişə olur: "Səhərki zəlzələdən sonra maqnitudası 2.9 olan daha bir zəlzələ qeydə alınıb. Amma zəlzələnin dərinliyi çoxdur deyə, hiss olunmayıb. Daha iki-üç təkanın olması gözlənilir. Çünki səhər baş verən zəlzələ çox da zəif deyildi".
Baş direktorun sözlərinə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfatın olması ilə bağlı informasiya yoxdur: "Bunun üçün həmin ərazilərə baxış keçirmək lazımdır. Episentrdə zəlzələ 5 bala yaxın olsa da, orada yaşayış məntəqəsi yoxdur".
Q.Yetirmişlinin sözlərinə görə, belə zəlzələnin olması o demək deyil ki, ölkə ərazisində seysmoloji aktivlik var: "Ölkə ərazisində daim təkanlar qeydə alınır, onların arasında nisbətən güclüsü, hiss olunanı da olur".
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...