Azərbaycan 101 milyon dollarlıq silah müqaviləsi imzalayıb
Bu gün Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulların çeşidi təxminən 1200-ə çatıb.
Bunu müsahibəsində nazir Yavər Camalov deyib. O, bildirib ki, ölkə daxilində - Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər qurumları təmin etməklə yanaşı, dünyanın təxminən 10 ölkəsinin müvafiq qurumlarına da silah-sursat ixracı başlayıb: “Bu günə qədər imzaladığımız müqavilələrin ümumi həcmi təxminən 101 milyon dollardır. Onlardan 57 milyon dolları qüvvədə olan müqavilələrdir, silah-sursatımızın alınacağına dair dövlətlərin müvafiq qurumlarının təminatları var. Qalan 44 milyon dollarlıq silah-sursatın sertifikatları da yaxın günlərdə hazır olacaq.
Bizim beynəlxalq sərgilərdə iştirak etməyimizin əsas mahiyyəti ondan ibarətdir ki, ixrac imkanlarımızı artıraq. Biz artıq Türkiyədə keçirilən tenderlərdə iştirak etmişik. Bu yaxınlarda qalibi elan olunduğumuz tenderin həcmi təxminən 9 milyon dollardır. Prosesi davam etdiririk. Təkcə Türkiyədə yox, dünyanın digər nöqtələrində müvafiq qurumların tenderlərində iştirak etməyə çalışırıq. Bu da bizim ixrac imkanlarımızı artırmağımıza şərait yaradır. İxracat istiqamətində işlərimizi davam etdiririk”.
Y. Camalov deyib ki, Azərbaycanın silah ixrac etdiyi ölkələr arasında ABŞ, Afrika və Avropa ölkələrinin şirkətləri var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...