İqtisad Universitetinin tələbələri boykota gedir: - Təhsil Nazirliyi isə müdaxilə etmir
Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə rektorluq arasında problem yaranıb.
Belə ki, tələbələrə imtahanlara düşəcək sualların əvvəlcədən verilməyəcəyi bildirilib. Bu isə tələbələr arasında narazılıq yaradıb.
Onlar bu praktikadan əvvəl istifadə olunmadığını bildirərək imtahanlarda çox sayda tələbənin müvəffəq ola bilməyəcəyini bildirirlər.
Rektorluq isə bunu tələbələr arasında biliyin qiymətlərndirilməsinə ən doğru vasitə hesab edir.
Həmçinin vurğulanır ki, əvvəlki dönəmlərdə sualların verilməsi tələbələrin biliyinin doğru qiymətləndirilməsində problem yaradıb və hətta təqaüdlərin təyininə təsirli olub.
Tələbələr isə rektorluğun bu əsaslandırması ilə razılaşmır və qayda dəyişməyəcəyi təqdirdə imtahanı boykot edəcəklərini deyirlər.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, İqtisadiyyat universiteti bununla bağlı öz mövqeyini açıqlayıb.
Təhsil Nazirliyinin nümayəndəsinin sözlərindən aydın olub ki, həmin universitetdə baş verənlərlə bağlı dəqiq məlumatı yoxdur.
“İqtisadiyyat Universitetində baş verənlərlə bağlı tam detallı şəkildə məlumatım yoxdur. Çünki bu konkret universitetlə bağlı olan məsələdir. Onlar isə bu məsələ ilə bağlı artıq öz fikirlərini bildiriblər”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək