![Zakir Həsənov yeni hərbi təyyarənin təqdimatında - FOTOLAR](/uploads/posts/2017-05/1494422936_1494420291_0001.jpg)
Mayın 10-da Azərbaycan ı Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.
Bu haqda Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.