Prokurorluq həkim səhlənkarlığı iddiaları ilə bağlı MƏLUMAT YAYDI
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir.
Həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.
"Ekspertizanın rəyinə və digər toplanan sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir", - Mətbuat xidmətindən bildirilib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək