Sumqayıtda müasir turizm infrastrukturu qurulur – Zakir Fərəcov otelin açılışında-FOTOLAR
Sumqayıt şəhərində növbəti otelin açılış mərasimi keçirilib. Corat qəsəbəsində, dənizin bir neçə metrliyində inşa olunan “Regnum” otel və restoranının açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri iştirak edib.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov otelin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra Z.Fərəcov çıxış edərək Sumqayıtda son vaxtlarda turizm sahəsində görülən işlərdən danışıb və gələcəkdə də şəhərin bu potensialının yüksəldilməsi istiqamətində tədbirlər görüləcəyini vurğulayıb.
Qeyd edək ki, 3 mərtəbəli “Regnum” otel 28 otaqdan ibarətdir. Otaqların sahəsi 40-45 kv.metrdir. Nömrələrin 7-si tvin, 21-i isə dabldır. 14 otaq dəniz mənzərəlidir. Binanın 1-ci mərtəbəsində restoran, banket zalı və konfrans otağı var.








Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...