XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Katel işlədənlərə borc yazılması ilə bağlı - Rəsmi açıqlama

Katel işlədənlərə borc yazılması ilə bağlı - Rəsmi açıqlama

Katel işlədənlərə borc yazılması ilə bağlı - Rəsmi açıqlama
10-05-2017, 11:11

“Aztelekom” MMC tərəfindən simsiz daşına bilən (katel) nömrələr üzrə çoxsaylı abunəçilərin xəbərləri olmadan borclandırılması və borcların tələb edilməsi məsələsi ilə bağlı xəbərlər yayılıb.

Simsiz daşına bilən katel nömrə işlədən abonent xidmətdən istifadə etmədiyi təqdirdə nömrə ikitərəfli bağlanır. Ancaq nömrə bağlansa da, aylar üzrə abunə haqqı borc kimi yığılır və abonentdən tələb edilir. Abunəçilər isə xidmətdən istifadə etmədiyi halda onlardan borc tələb edilməsindən narazıdırlar.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərdik. Sorğuya cavab olaraq bildirilib ki, artıq bir müddətdir Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelekom”) və “Aztelekom” MMC tərəfindən sabit (stasionar) telefon xidməti üçün "öncədən ödəmə" sisteminin tətbiqinə başlanılıb. Bu barədə ictimaiyyət məlumatlandırılıb.

“Öncədən ödəmə” sisteminin tətbiqində məqsəd göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını almaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin etməkdir.

Telefon istifadəçiləri hər ayın 5-dək xidmət haqqını ödəməlidirlər. CDMA - simsiz telefon rabitəsinə görə də “öncədən ödəmə” sistemi tətbiq olunur.

“Öncədən ödəmə” sisteminin qaydalarına əsasən, borc ödənmədiyi halda ayın sonuna qədər xidmət birtərəfli qaydada bağlanır. Abunəçi növbəti bir ay ərzində yaranmış borcu ödədiyi halda xidməti aktivləşdirə bilər. Borcun ödənmədiyi 2-ci aydan etibarən isə, xidmət ikitərəfli formada dayandırılır. Bundan sonra daha 1 ay telefon nömrəsi şəbəkədə saxlanılır. Yəni 3 ay xidmət haqqı ödəməyən abunəçi xidmətdən istifadə etməsə belə, nömrəni istismar etdiyinə görə xidmət haqqını ödəməlidir. Daha sonra arzu etdiyi halda nömrədən imtina edə və xidməti dayandıra bilər. Bu baş vermədikdə CDMA nömrəsi şəbəkədən ayrılır. Telefon nömrəsinin şəbəkədən ayrılmasından sonra iki ay ərzində abunəçi yaranmış borcunu ödəməklə, xidməti bərpa etdirə bilər. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilmiş sayılır.

qafqazinfo.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.