Jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış edildi
Azərbaycan Mətbuat Şurası üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında (World Association of Press Councils (WAPC) jurnalistlərin ayrı-ayrı ölkələrin nəzərdə tutduqları qrafikdən kənar vaksinasiyası ilə bağlı məsələ qaldırıb. Təşəbbüs assosiasiyanın digər üzv təşkilatları tərəfindən müsbət qarşılanıb. Qurum bununla bağlı dünya ölkələrinin hökumətlərinə müraciət ünvanlayıb.
Mətbuat Şurasından verilən məlumata görə, müraciətdə bildirilib ki, informasiyalı olmaq hər bir şəxsin başlıca hüquq və azadlıqlarındandır. Jurnalistlər isə bunun təmin olunmasında mühüm rol oynayırlar. Onlar özlərinin vəzifələrini həyata keçirərkən müxtəlif əhali kateqoriyaları içərisində olurlar. Bu peşə sahiblərini nəinki sıravi şəxs, eyni zamanda insanlara informasiya çatdıran vasitəçi kimi qorumağa ehtiyac var.
İndiyədək dünyada 600-dən artıq jurnalistin “COVID-19”un qurbanına çevrildiyinin, çoxlu sayda media təmsilçisinin virusa yoluxaraq sağaldığının, bir çoxunun müəlicəsinin davam etdiyinin vurğulandığı müraciətdə o da bildirilib ki, pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən “COVID-19”un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin “COVID-19” əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Bununla bağlı mexanizm yaxın günlərdə açıqlanacaq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək