Qazi adı altında reketlik edənlər - VİDEO
Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisini bir qrup Qarabağ müharibəsi iştirakçısı himayədarlıq edir.
Sərxan İsayev və Azər Cəbrayılov ətraflarına dəstə toplayaraq, bu ərazidə neft quyularının yaxınlığında torpaqları zəbt edərək vətəndaşlara satır.
Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.
Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.
Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.
Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək