SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "İçəri girən kimi soruşdular: pulunuz var?…” – Bakıda koronavirusa yoluxan ukraynalı jurnalist

"İçəri girən kimi soruşdular: pulunuz var?…” – Bakıda koronavirusa yoluxan ukraynalı jurnalist

Tarix:

3-04-2021, 15:07

/ 399 dəfə oxundu.
"İçəri girən kimi soruşdular: pulunuz var?…” – Bakıda koronavirusa yoluxan ukraynalı jurnalist

Ukraynanın "5-ci kanal” televiziyasının əməkdaşı, bir qrup xarici jurnalistlə birlikdə Azərbaycana gələn və işğaldan azad edilmiş ərazilərdən reportaj hazırlayan Yevgeniya Kitayeva ezamiyyət zamanı koronavirusa yoluxub. Və Bakıdakı xəstəxanalardan birində müalicə olunub.
 
Kitayeva ölkəsinə qayıdandan sonra virusdan necə müalicə olunduğu haqda danışıb. Bildirib ki, iki həftəyə yaxın Bakıdakı yeni tikilmiş xəstəxanalardan birində müalicə olunub. Və azərbaycanlı həkimlərin koronavirusa yanaşması onu müsbət mənada heyrətləndirib. Çünki Azərbaycanda hətta yüngül simptolu xəstələri də ləngimədən xəstəxanaya yerləşdirirlər, Ukraynada isə belə deyil. Onlara evdə müalicə tövsiyə edirlər.
 
Jurnalist danışır ki, Bakıdan uçmazdan iki gün əvvəl bütün qrup koronavirus testi vermişdi. Yevgeniyada testin nəticəsi müsbət olub. "Təcili yardım maşını gəldi, içindən iki "mələk-kosmonavt” çıxdı və dedi: "Yevgeniya Kitayeva, xahiş edirik əyləşin. Bu qorxulu idi, mən sadəcə olaraq şokda idim”.
 
Bir saat sonra onu Bakıda yeni açılmış klinikalardan birinə aparıblar. "Mən əlimdə çantalarla qeydiyyata yaxınlaşıram. Məndən soruşurlar: pulunuz var? Beynimdə hesablamağa çalışıram, nə qədər pulum var deyə. Deyirəm: nə qədər lazımdır? Onlar deyirlər: yox, pul bizə lazım deyil, əgər bizə pasiyent cibində pulla gəlirsə biz o pulu götürüb saxlayırıq, çünki korrupsiya ilə belə mübarizə aparırıq. Bəs sizdə qızıl da var? Onu da götürəcəyik”,-ukraynalı jurnalist bildirir.
 
Yevgeniyanı ayrıca palataya yerləşdiriblər və ona virus əleyhinə tabletkalar veriblər. Lakin kömək eləməyib, temperatur 38 dərəcəyə qalxıb. Bu zaman pasiyentə sistem köçürməyə başlayıblar, gündə iki dəfə. Temperatur 5 gün davam edib. "Məni heyrətləndirən bu idi ki, hər saat yarımdan, 2 saatdan bir yanıma ayrıca tibb bacısı gəlirdi, xüsusi aparatla təzyiqimi, nəbzimi, temperaturumu ölçürdü. Tibb personalının öhdəlikləri fərqlənir. Kimin nəyə cavab verdiyini fərqləndirmək olur, onlar formalarındakı rənglə bilinirlər”,-jurnalist deyir.
 
Müalicənin altıncı günü pnevmoniya müşahidə edilməyib, amma həkim yüngül xışıltı eşidib. Bu zaman xüsusi qurğu ilə müalicə proseduru tətbiq ediblər. 12-cü gün jurnalisti xəstəxanadan buraxıblar. O, martın 11-də ölkəsinə geri qayıdıb.Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ