Nərimanov rayon gəncləri “Aprel döyüşləri” şəhidlərini yad etdilər - FOTO
Şanlı “Aprel döyüşləri”ndən beş il keçir. Bununla əlaqədar olaraq 02 aprel 2021-ci il tarixdə “Aprel döyüşləri”nin şəhidləri Mahir Mirzəyevin və Fəxrəddin Qurbanovun məzarları ziyarət edilib.
Ziyarətdə şəhid ailələri, Nərimanov Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və rayonun fəal gəncləri iştirak etmişlər.
2016-cı ilin aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri tərəfindən əks-həmlə ilə təxribatların qarşısı qəhrəmanlıqla alınmış və Ermənistan ordusunu ağır məğlubiyyətə uğratmışdır. “Aprel döyüşləri” bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən “Aprel döyüşləri” hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Döyüşlər zamanı Azərbaycanın mərd və cəsarətli 92 zabit və əsgəri qəhrəmanlıq göstərərək şəhid oldu.
Ziyarət zamanı həm də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Qazanılan Şanlı Qələbəyə, o cümlədən şəhid ailələri və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.
Onu da qeyd edək ki, şəhid ailələri və qazilərə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcəkdir.![]()
![]()
![]()
![]()

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək