Abşeronda yaşıllıq “qətliamı” :Onlarla hündür ağaclar məhv edildi (VİDEO-FOTO)
Abşeron rayonun mərkəzində yerləşən daha bir yaşıllıq ərazisi məhv edilib.
Reportyor.info xəbər verir ki, Abşeron rayonu, Məmmədəmin Rəsulzadə küçəsində (Köhnə bir nömrəli natarusun yanı) yerləşən ərazidə hündür ağaclar kəsilib.Sözügedən ərazidə yaşayan sakinlərin etirazlarına baxmayaraq, ağackəsmə işləri hələ də davam edir. Bunu sakinlərin redaksiyamıza göndərdiyi foto və video çəkilişlərindən də açıq şəkildə görmək mümkündür.
Sakinlər bildirirlər ki, binanın ətrafındakı ağacları kəsən şəxslər özlərini təqdim etmək istəmirlər. Onlardan bəziləri isə ağacları kəsməyi ərazidə abadlıq işlərinin aparılması ilə əsaslandırır.
Sakinlər bildirirlər ki, əslində abadlıq işlərinin aparılması bəhanədir, ərazidə hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulub.
İcra Hakimiyyətinin nümayəndələri də özlərini elə göstərirlər ki, guya hadisədən xəbərləri yoxdur. Amma, proses Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarının gözü qarşısında aparılır . İcra Hakimiyyəti həmin ərazidə yeni bina tikilməsi üçün boş ərazi yaratmağa çalışır. Yəqin ki, hansısa şirkətə artıq satıblar, – deyə sakinlər bildirirlər.





İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək