Anar Kərimovun ABSURD KADR SİYASƏTİ - Nazir regional idarələrə kimləri rəhbər gətirir?
Bu il yanvarın 5-də mədəniyyət naziri təyin olunan Anar Kərimovun kadr siyasəti ciddi tənqidlərə məruz qalır.
Yenicag.az-a daxil olan məlumata görə, ötən il iyulun 20-dən etibarən, mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimovun regional mədəniyyət idarələrinə rəhbər təyin etdiyi şəxslərin mütləq əksəriyyəti bu sahəyə yad adamlardır.
Nazirin son olaraq bu il martın 11-də əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləmiş Vüsal Hüseynovu Xaçmaz Regional Mədəniyyət İdarəsinin başına gətirməsi Nazirlikdə də birmənalı qarşılanmayıb.
Vüsal Hüseynovun öncəki işində həyata keçirdiyi fəaliyyət sayəsində Qubada çox mənfi reputasiya qazandığını nəzərə aldıqda, onun bu təyinatına dair suallar daha da aktuallaşır.
Çox maraqlıdır, Vüsal Hüseynov hansı işgüzar keyfiyyətlərinə görə Anar Kərimovun diqqətini cəlb edib ki, sosial təmiant sahəsindən mədəniyyət kimi vacib sahəyə “transfer” olunub?
Redaksiyamızı məlumatlandıran mənbənin bildirdiyinə görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi (daha əvvəl Mingəçevir Dövlət Dram Teatrının direktoru olub) istisna olmaqla, nazirin digər regional mədəniyyət idarələrinə təyin etdiyi şəxslərin heç birinin bu sahəyə hər hansı aidiyyatı yoxdur. Belə olduqda, sabiq nazir Əbülfəs Qarayevin bərbad vəziyyətə saldığı bu sferada müsbət dəyişikliklərin baş verəcəyinə ümid qalmır.
Bəhs olunan bu iddialara münasibət öyrənmək üçün əlaqə saxladığımız Mədəniyyət Nazirliyi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə təmsil etdiyini qurumun məsələyə dair mövqeyinin təqdim olunacağını desə də, material yayımlandığı ana qədər ondan cavab almadıq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək