“Nar” "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edir

Məqsəd şəhid ailələri və qazilərin daima, o cümlədən Novruz bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərinə dəstək olub. Müharibədən sonra həm şəhid ailələrinə, həm də qazilərə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.