XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bakıda daha bir MTK özbaşınalığı - NARAZILIQ!

Bakıda daha bir MTK özbaşınalığı - NARAZILIQ!

Bakıda daha bir MTK özbaşınalığı - NARAZILIQ!
18-03-2021, 10:08

Bakıda daha bir yaşıllıq massivi məhv edilir. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, Binəqədi rayon Mircəlal küçəsi 145 ünvanında, 9-cu mikrorayon ərazisində ağacları kəsirlər. Sakinlərin bildirdiyinə görə, 2 gündür əraziyə gətirilmiş texnika çoxillik ağacları qıraraq tikintiyə hazırlıq həyata keçirir.

Tikinti işlərini aparan “Aqana Servis MMC”-dir. Şirkət tikinti aparmaqla bağlı müvafiq qurumlardan icazəsi olduğunu bildirir. Ancaq aparılan tikinti Bakının onsuz da ildən-ilə kiçilən yaşıllığı üçün təhlükəyə çevrilib. Sakinlər yaşıl soyqırıma etiraz edir, müvafiq qurumları yaşıllığın məhvinə fərman verən şəxsləri cəzalandırmağa çağırırlar.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.