SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “5 minlik maşın üçün 5 min rüsum alırlar” -Səfər Mehdiyevin yeni “meşə qanunları…

“5 minlik maşın üçün 5 min rüsum alırlar” -Səfər Mehdiyevin yeni “meşə qanunları…

Tarix:

15-03-2021, 10:06

/ 598 dəfə oxundu.
“5 minlik maşın üçün 5 min rüsum alırlar” -Səfər Mehdiyevin yeni “meşə qanunları…

Dövlət Gömrük Komitəsinin vətəndaşların başına açdığı oyunlar barədə qulaq hər gün bir söz eşitməsə kar olar. DGK sədri Səfər Mehdiyev bu posta təyin olunanda ayrı-ayrı fikirlər səslənirdi ki, sələfi Aydın Əliyevə oxşamayacaq.
Gözlənilirdi ki, gömrükdə islahatlar həyata keçiriləcək, şəffaflıq təmin olunacaq, insanlar incidilməyəcək, bürokratik əngəllər aradan qaldırılacaq, sahibkarlara nəfəs almağa imkan veriləcək.
Lakin məlum olur ki, S.Mehdiyevin gömrük rəisi vəzifəsinə gəlişindən sonra vəziyyət daha da pisləşib. Reportyor.info-nun xəbərinə görə, elə bir gün yoxdur ki, əhali gömrükdən şikayətlənməsin.
Nəzərə alsaq ki, hələ pandemiyadır, sərhədlər bağlıdır, gediş-gəliş səviyyəsi əvvəlki qədər deyil, belə vaxtda gömrükçülər insanları narazı salmamalıdır. Amma görünür ki, postpandemiya dövründə narazılıq bir qədər də pik həddə çatacaq.
İş o yerə çatıb ki, artıq türk TIR şoferləri belə narazılıq edirlər. Ondan qabaq isə sahibkarlar DGK önündə aksiya keçirmişdilər. Həmçinin, ekspertlər, partiya sədrləri dilə gəliblər.
Amma gömrükdə soyğunçuluq, vətəndaşların incidilməsi halları azalmır. Bu yaxınlarda avtomobil idxalı ilə bağlı açıqlanan yeni faktlar da göstərir ki, S.Mehdiyev tənqidləri qulaqardı edir, xalqı saymır.
“Reportyor.info” xəbər verir ki,bu günlərdə AĞ Partiya başqanı Tural Abbaslı da DGK sədrinin ünvanına ittihamlar səsləndirib. Onun sözlərinə görə, istehsalı 5 ildən gec olmayan maşınların idxalına məhdudiyyət absurddur:
“Çünki xalqda 2016-cı ilin buraxılışı olan avtomobili almağa pul yoxdur. Kimdə var? Özləri 500 minlik maşınlarda gəzir, elə bilirlər ki, hamı o cür yaşayır. İnsanlar 20 ilin maşınını güc-bəla qeydiyyatdan keçirir”.
T.Abbaslı bildirib ki, gömrükdə “meşə qanunları” hökm sürür. Onun fikrincə, belə dövlət idarə etməzlər:
“Bəs ton-ton, “paçka-paçka” qanunlar niyə qəbul edirsiniz? Bu qanunlar harada işləyir? Belə dövlət idarə edərlər? Elə bil “meşə qanunları”dır.
Gömrükdə elə bir vəziyyət yaradıblar, açıq-aşkar bazardır. Biri oturub gömrükdə, qeydiyyat üçün gətirilən maşının nömrəsinə baxır, sonra tanışına zəng edir, qiymətini öyrənir, ağzından çıxan qiyməti “oxuyur”.
Məsələn, 5 min avroluq maşın üçün əlavə 5 min avro da rüsum tələb edir. Bu yetimin pulu olsa gedib Gürcüstandan Almaniyadan göndərilmiş deşilmiş-tökülmüş maşını almaz ki?! Sən ondan niyə maşının qiyməti qədər rüsum istəyirsən?
Get 150 minlik avtomobil alandan 50 min rüsum tələb elə, onun həmin vəsaiti verməyə gücü çatar. Ancaq 5 minlik maşına belə qiymət qoymaq dəhşətdir”.

Şərhlər

XƏBƏR LENTİ