Hesablama Palatasında TƏMİZLƏMƏ BAŞLADI... - 4 vəzifəli şəxs İSTEFA ƏRİZƏSİ YAZDI
Hesablama Palatasının 7 auditorundan 4-ü istefa ərizəsi yazıb.
Yenisabah.az xəbər verir ki, bunlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.
Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Firsənd Qurbanov isə hazırda məhbus həyatı yaşayan sabiq nazir Səlim Müslümovun həbsxana yoldaşı olub. Iddialara görə, Səlim Müslümov nazir olarkən onu çox vaxt Firsənd Qurbanov audit edirmiş. Müslümov məhz keçmiş məhbus yoldaşının sayəsində “təmizlik kağızı” alırmış.
Hesablama Palatasındakı vəzifəsindən könüllü ayrılan Vaqif Həsənovu isə hakimiyyətdə təmsil olunan bəzi yüksək rütbəli məmurlarla qohumluq telləri bağlayır.
Mövzunu diqqətdə saxlayacağıq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək