SON DƏQİQƏ
XalqXeber.Az » Sosial »  MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC?

 MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC?

Tarix:

3-03-2021, 12:54

/ 3 134 dəfə oxundu.
 MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC?

Yəqin ki, Bakı şəh., Yasamal rayonu, H.Cavid pr. 46 ünvanda tikintisi artıq başa çatmış (8 bloklu binanın) 2 blokunun tikintisi üçün pul ödəyərək, 2005-ci ildən bəri mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşlara bu adlar tanışdır.

Bina tikilən zaman asılan məlumat lövhələrində II giriş “ARAZ-T.İ.” MMC, I giriş isə “ƏCƏMİ” MMC tərəfindən tikildiyi bildirildi. Bizə verilən kassa mədaxil orderlərinin sonuncu qəbzləri isə “ARAZ” MTK-ya məxsus idi. Belə görünür ki, bu MTK və MMC-lər birgə işləyirlər.

Təəccüb doğuran odur ki, 2015-ci ildə binanın A girişinin tikintisinin qarşısında asılan məlumat lövhəsi “ƏCƏMİ” MMC-yə məxsus idi.

Tikintinin aparılma müddəti: başlanma – 01.10.2015, qurtarma – 15.03.2017-ci tarixləri göstərilirdi və son tarixə qədər elə o lövhə binanın qarşısında taxılaraq saxlanıldı.

2005-ci ildə tikintiyə başlamış “ARAZ-T.İ.” MMC 2010-cu ildə binanın B (II girişi) blokunu, 2015-ci ildə isə binanın A (I girişi) blokunun tikintisinə başlamışdır. Binalarda yaşayış olsa da bu binalar Bakı şəhər İcra Hakimiyyəti Tikintisi başa çatmış obyektin istismarı qəbul edilməsi haqda dövlət qəbul aktı verilməyən binalar sırasındadır. 2020-ci ilin sentyabr ayında “ƏCƏMİ” MMC-nin direktoru Şükürov Rəşad Tahir oğlu “ARAZ-T.İ” MMC-nin direktoru cənab R.Qazaxlıya “PRETENZİYA (07.09.2020-ci il 09/AK) təqdim etmiş və ona bildirmişdir ki, 3 gün müddətində “ƏCƏMİ” MMC ilə “ARAZ-T.İ.” MMC arasında bağlanmış 22 dekabr 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri icra etsin.

Əks təqdirdə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət ediləcəkdir.

Həmin “PRETENZİYA”-nı olduğu kimi sizin diqqətinizə çatdırıram.

Bundan bir qədər sonra iddiaçı “ƏCƏMİ” MMC-nin Bakı Kommersiya məhkəməsinə (müqavilənin etibarsız hesab edilməsi tələbinə dair) ünvanlanmış iddia ərizəsi bizim ünvanlarımıza gəldi.

Oxuduq və heçnə başa düşmədik. Axı biz “ARAZ T.İ.” rəhbərliyi tərəfindən 23.09.2005-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında Yasamal rayon məhkəməsinə cavabdehlər “ARAZ T.İ.” MMC və “ƏCƏMİ” MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbi ilə müraciət etdikdə “ƏCƏMİ” MMC-nin nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlu həmin müqavilənin 02.02.2016-cı il tarixdə onların qarşılıqlı razılığı əsasında ləğv edildiyi barədə sənəd təqdim edərək 13.02.2018-ci il tarixli Yasamal rayon məhkəməsinin iş № 2 (004) – 248/2018 saylı iş üzrə çıxan Qətnaməsində “ƏCƏMİ” MMC – tərəf kimi öhdəlikdən yaxasını kənara çəkmişdi. Eləcə də daha başqa bir məhkəmədə də: 06.02.2019-cu il tarixli № 2 (103) – 1201/2019 həmin (02.02.2016-cı il tarixli müqavilə) sənəd təqdim olunmuş və “ƏCƏMİ” MMC öhdəlikdən yaxasını kənara çəkə bilib.

Biz 3-cü şəxs qismində həmin məhkəmədə iştirak etdik. Ərizədə cəmi 6 nəfər qeyd olunur. 03.12.2020-ci il tarixə qədər 3 dəfə məhkəmədə iştirak etmişik. Tərəflərin heç biri məhkəməyə gəlmədiyindən və heç bir sübut təqdim edilmədiyindən hakim Zaur Pirverdiyev ərizəni baxılmamış saxladı. Sonra xəstə olmuşuq ona görə gələ bilməmişik deyə müraciət etsələr də hakim səbəbi təsdiqləyib sənəd təqdim etmədiklərinə görə Məhkəmə baxışını bərpa etməmişdir.

Yenidən ərizə yazaraq həmin iddia ərizəsi ilə məhkəmə baxışı keçirilməsini xahiş etmişlər.

01.02.2021-ci ilə baxış məhkəməsi təyin olunmuşdur.

Biz 2005-ci ildən mənzil şəraitimizi yaxşılaşdırmaq məqsədilə bu şəxslərlə mənzil almaq barədə müqavilə bağlamış şəxslərik.

22.12.2013-cü il tarixli müqavilədə 30 nəfər şəxsin adı var. Yalnız 6 nəfər məhkəməyə 3-cü şəxs kimi cəlb edilməsi təəccüblüdür.

Əsas odur ki, bu 6 nəfərin şikayəti əsasında: cavabdeh “ARAZ T.İ” MMC tərəfindən 22 dekabr 2013-cü il tarixli Müqavilənin şərtlərinə əməl olmadığından və siyahı üzrə adları göstərilən şəxslər aidiyyatı üzrə Məhkəmə orqanlarına müraciət etmişlər. Nəticədə Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar müəssisənin qanuni təmsilçisinə Cinayət məcəlləsinin 306.2-ci maddəsi ilə Cinayət işi başlanılmışdır. Bu halların baş verilməsində “ARAZ T.İ” MMC günahkardır.

İddiaçı “ƏCƏMİ” MMC-nin Şükürov Rəşad Tahir oğlunun imzası və möhürü ilə təsdiqlənmiş ərizədə “ARAZ T.İ.” MMC-nin möhrünün atındakı imzanın kimə (yəni hansı səlahiyyətli şəxs tərəfindən imzalandığı məlum olmayan) məxsus olunduğu bilinməyən İddia Ərizəsi Kommersiya Məhkəməsinə və bizə verilmişdir.

Bildiririk ki, belə Ərizədə göstərilən Şikayət Ərizələrindən məlumatımız yoxdur. Haqqında Cinayət işinin başlanıldığı bildirilən şəxsin kim olduğunuda bilmirik. Heç həmin Məhkəməyə də çağırılmamışıq. //azinforum.az//
 MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC?

Şərhlər

XƏBƏR LENTİ