SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Narazı akademiki susdurmaq üçün dosyası Baş Prokurorluğa göndərilib - AMEA-da növbəti qalmaqal

Narazı akademiki susdurmaq üçün dosyası Baş Prokurorluğa göndərilib - AMEA-da növbəti qalmaqal

Tarix:

23-02-2021, 09:57

/ 595 dəfə oxundu.
Narazı akademiki susdurmaq üçün dosyası Baş Prokurorluğa göndərilib - AMEA-da növbəti qalmaqal

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifə icra edən akademik Qərib Məmmədov sələfi Əlövsət Quliyevin barəsində Baş Prokurorluğa şikayət edib.

Ovqat.com-un əldə etdiyi məlumata görə, akademik Baş prokurorluğa böyük bir dosya göndərib. Dosyada Əlövsət Quliyevin akademiyanın hesabına dərc etdirdiyi kitabları elm xadimlərina bağışlamaqdan tutmuş müxtəlif kar-kağızlara qədər çoxsaylı “əşyayi-dəlil”lər var.

Xatırladaq ki, İnstitutun sabiq direktoru, Akademiyanın müxbir üzvü Əlövsət Quliyev işdən qanunsuz uzaqlaşdırıldığı barədə Yasamal rayon Məhkəməsinə şikayət ərizəsi vermiş və hakim Orxan Məmmədov iddiaları araşdırmaq barəsində qərar çıxarmışdı. İnformasiya mənbəmizin bildirdiyinə görə, AMEA-nın rəhbərliyi bu qərardan təşvişə düşüb və Əlövsət müəllimi danışıqlara çağırıb. Ona müxtəlif dostlar vasitəsilə işə bərpa olunacağına dair ismarışlar göndərən rəhbərlik şikayətçinin saqqızını oğurlaya bilmədikləri üçün qanunların gücünü işə salaraq rəqibini susdurmağa qərar verib.

Mənbəmiz xatırladıb ki, Əlövsət Quliyevi elmi kitablarını akademiyanın hesabına dərc etdirməkdə günahlandıran Qərib Məmmədov elmi çevrələrdə “makler-akademik” ünvanı ilə tanınır: “Bu adamın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində işləyərkən “göstərdiyi xidmətlərə” görə, artıq bəzi rayonlardakı şöbələrinin rəhbərləri barədə cinayət işləri açılıb. İddialara inansaq, Komitənin fəaliyyətinin araşdırılması zamanı Qərib Məmmədovun da başı ağrıya bilər. Ölkədə əlini bulaşdırmadığı tarla başı qalmayan belə bir adamın Əlövsət Quliyevi akademiyanın hesabına dərc etdirdiyi kitabları elm xadimlərinə bağışlamaqda ittiham etməsi “kəssək daşın halına ağlayır” zərb-məsəlini yada salır”.

Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Əlövsət Quliyev bu barədə danışmaq istəmədiyini, hüquqları uğrunda sonuna qədər mübarizə aparacağını bildirdi.

Şərhlər

XƏBƏR LENTİ