SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

Tarix:

23-02-2021, 09:52

/ 781 dəfə oxundu.
PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

Tovuzun təyinatlı deputatı Ülviyyə Ağayevanın fəaliyyətindən spadə seçicilərin giley-güzarı çoxdan məlumdur.
Seçicilər onun parlamentdə hansısa problemi qaldırmasını, onların müraciətlərinə həssas yanaşmasını demək olar ki, görməyiblər. Ona görə seçicilərin əksəriyyəti Ü.Ağayevadan əlini üzüb.
Amma ondan narazı qalan təkcə sadə insanlar deyil, artıq Vətən müharibəsinin qəhrəmanları da şikayət etməyə başlayıblar.

Reportyor.info xəbər verir ki, Tovuzun Aşağı Quşçu kəndindən olan qazi Tağıyev Aslan Varis oğlu onlardan biridir.
Vətən uğrunda sağlamlığıı itirən Aslan Tağıyev o həddə çatıb ki, fevralın 22-də Prezident Administrasiyasına üz tutub, dövlət başçısına məktubunu çatdırıb.
Qazi onun probleminə biganə qalan bütün instansiyalardan şikayətini Prezidentə ünvanlayıb. Onların sırasında deputat Ülviyyə Ağayeva da xüsusi yer tutur.
Oktyabrın 5-də döyüşlərə könüllü qatılmış, Ağdərə-Suqovuşan istiqamətində döyüşmüş, elə orada yaralanmış, kəllə-beyin travması almış, gözündə zədəsi yaranmış A.Tağıyev çox şey istəmir, onun arzusu sağlamlığına qovuşmaqdır.
Elə bu məqsədlə yerli məmurlardan, xəstəxanalardan, millət vəkilindən dəstək görməmiş qazi PA önünə getməyi qərara alıb.
Onun sözlərinə görə, müalicə üçün hərbi hospitala müraciət edib, Maştağadakı psixatiriya şöbəsində saxlanıb, sonra yola salıblar.
“Amma yaxşı deyiləm, əsəbi oluram, gərginləşirəm, özümdən çıxıram. Tovuz xəstəxana mühafizəçiləri gördülər ki, mən nə vəziyyətə düşürəm. Evimdə iki balam var, özümdən çıxanda idarəolunmaz hala qalıram. Məni gah Qazaxa, gah Gəncəyə göndərdilər. Gəncədən deyildi ki, səni qəbul edə bilmərik, hərbi hospitaldan epiqris gəlməlidir.
Tovuz icra hakimiyyətinə də getmişəm. Orada deyilib ki, rayon xəstəxasına yazaq, amma orada da qəbul etmirlər. Mən sadəcə sağlamlığıma qovuşmaq istəyirəm”, – deyə A.Tağıyev bildirib.

Onun iki övladı var, onların üzünə sağlam çəkildə çıxmaq istəyir: “Uşaqlara əziyyət vermək istəmirəm. Mən əsəbləşəndə özümü idarə edə bilmirəm, özümü müharibədə hiss edirəm. Mənə müalicə lazımdır.
İndiyə qədər bir dəfə gözümü aparata salıblar baxmayıblar. Mən vətən üçün döyüşdüm, indi mənə dəstək, kömək lazımdır”.
Qarabağ qazisi imkanı olmadığı üçün dərmanlarını almaq məqsədi ilə Tovuzun deputatı Ülviyyə Ağayevaya müraciət edib:
“Maddi vəziyyətim pisdir, dərmanlar alınmalıdır. Köməkçisi dedi ki, xəbər verəcəm, cavab çıxmadı. Sonra bir xeyriyyəçi dostumuz var, Yeganə xanım, sağ olsun, mənə yardım etdi.
Ülviyyə Ağayeva açıqlama yayıb ki, ondan dərman yox, pul istəyib. Əgər istəmişəmsə, vəziyyətim pisdir ki, istəmişəm.
Prezidentə məktbumu çatdırım ki, hansı vəziyyətdə yaşadığımı görsünlər. Mən ev, maşın istəmirəm, sağlamlığıma qovuşdursunlar”.
Göründüyü kimi, qazini vadar ediblər ki, Tovuzdan Bakıya gəlsin, Prezidentə müraciət etsin. Halbuki, onun müalicəsinə hərtərəfli dəstək olmalıydı.
Amma seçicilərinə yaramayan Ü.Ağayevanın qazinin də yanan barmağına su tökməməsi təəccübləndirmədi.
Çünki bir deputat olaraq bu illər ərzində Ü.Ağayevanın hansısa vətəndaşın, tovuzlunun probleminə ürək qızdırması praktikada yoxdur.
Özü isə sosial şəbəkə hesabında açıqlama yayıb, bildirib ki, TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlayıb və Tovuz rayon İcra Hakimiyyətinə də müraciəti əsasında dərhal qazinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına yola salınması üçün maşın ayrılıb, müayinə olunub, ona müalicəsi üçün dərmanlar yazılıb.
Deputat deyir ki, köməkçis Arzu Musayeva qazinin evində yaşadığı əmisi oğluna dərmanların onlara səhər tezdən çatdırılacağını bildirib.
Cavab olaraq dərmanlara ehtiyacın olmadığını, Tovuz rayonunda yaşayan xeyriyyəçi xanımların köməklik edəcəyi bildirilib.
Vəssalam, deputat və köməkçisi bir xeyriyyəçinin A.Tağıyevə yardım etdiyini biləndə öz dəstəklərini əsirgəyiblər. Bəlkə qazinin evində övladlarının nəyəsə ehtiyacı varıydı? Bəlkə qazi və ailəsi ac idi?
Hətta bunu dilə gətirməsə belə, Ü.Ağayeva və köməkçisi həmin dərmanları almalıydı, Tovuzda marketlərin birindən bazarlıq etməliydi və vətən üçün iki balasını qoyub döyüşə getmiş qazinin qapısını döyməliydi.
Amma eşidib ki, bir xanım dərmanları alıb, əl-qolunu sallayıb, məsələni yaddan çıxarıb. Belə laqeyd deputata nə deyəsən?!
PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

Şərhlər

XƏBƏR LENTİ