Ramiz Mehdiyev nə etmək istəyir: ÖZÜNƏ DÖVLƏT QURUR? - AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) siyasi partiyalarla bağlı yeni şöbə yaradılır.
"Report"un əldə etdiyi məlumata görə, Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi Tarix İnstitutunda fəaliyyətə başlayacaq.
Artıq yeni şöbənin yaradılması və fəaliyyət istiqaməti İnstitutun Elmi Şurasının iclasının gündəliyinə salınıb və iclasda müzakirələrdən sonra təsdiqlənib.
Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır.
Həmçinin həmin şöbəyə müdir vəzifəsinə isə Qafqaz tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru İradə Bağırovanın namizədliyi irəli sürülüb. İ.Bağırova 1979-cu ildən institutda çalışır. O, 1998-2002-ci illlərdə "Space" telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyib.
DİA.AZ-dan: Hər hala AMEA-da belə bir şöbənin təsis edilməsi olduqca ilginc məqamlardan xəbər verir... Sanki qurumun rəhbərliyi özünə muxtar bir dövlət qurma təşəbbüsündəymiş kimi davranmaqdadır...

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək