SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "İnəyimi maşın vurub, “Xalq Sığorta” ödəniş etmir” - ŞİKAYƏT

"İnəyimi maşın vurub, “Xalq Sığorta” ödəniş etmir” - ŞİKAYƏT

Tarix:

18-02-2021, 11:16

/ 743 dəfə oxundu.
"İnəyimi maşın vurub, “Xalq Sığorta” ödəniş etmir” - ŞİKAYƏT

Sabirabad rayonu Məmişlilər kənd sakini Fuad Bağırov “Xalq Sığorta” şirkətindən şikayətçidir.

F.Bağırov “MediaPost”a müraciət edərək bildirib ki, ötən il dekabrın 30-da Cəfərov Abuzər Əlikiram oğlu idarə etdiyi Vaz 21065 markalı 54 BJ 344 nömrəli avtomobillə qəza törədib. Belə ki, avtomobili idarə edərkən sürücünün telefonuna zəng gəlib. Bu zaman sürücü idarəetməni itirərək yolun sağ hissəsinə çıxıb və ona məxsus iribuynuzlu heyvanı vuraraq öldürüb. F.Bağırovun sözlərinə görə, nəticədə ona 1700-1800 manat civarında ziyan dəyib. Məsələ ilə bağlı qəza törədən avtomobilin sığortalı olduğu “Xalq Sığorta” şirkətinə dəyən ziyanın ödənilməsi ilə bağlı müraciət edilib. Şikayətçi bildirir ki, 40 gündən artıq vaxt keçməsinə baxmayaraq şirkətdən hər hansı bir cavab verilməyib.

Sığorta eksperti Qismət Əsədov isə “MediaPost”a bildirib ki, “İcbari Sığortalar haqqında” Qanuna əsasən sənədlər sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq şirkət sığorta ödənişini verməli və yaxud sığorta ödənişindən imtina etməsi ilə bağlı yazılı qaydada əsaslandırılmış bildiriş verməlidir. Sözügedən qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə sığorta şirkəti sığorta ödənişi verilmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir.

Məsələ ilə bağlı “MediaPost”un sorğusuna cavab olaraq “Xalq Sığorta” şirkətinin hadisələrin tənzimlənməsi idarəsinin müdiri Mahir İsmayılov bildirib ki, sözügedən sığorta hadisəsi ilə bağlı iki məsələ dəqiqləşdirilməlidir. Birincisi vətəndaş ona dəyən ziyanı artıq göstərir. Bunun üçün zərər qiymətləndirilməlidir. Bundan əlavə, rayon yollarında hevyanların keçidi üçün xüsusi işarələr qoyulur. Burada isə heyvan qadağan olunmuş ərazidən yolu keçib və qəza baş verib. Yəni, sürücünün heç bir günahı yoxdur:

"Bununla bağlı bizdə video görüntü var. Həmin görüntüləri hadisəni araşdıran tədqiqatçıya təqdim etmişik. Amma tədqiqatçının yekun qərarı əsasında sığorta ödənişinin təyin edilib-edilməməsi dəqiqləşəcək. Yaxın 10 gün ərzində bu məsələ yəqin ki, həll ediləcək”.
"İnəyimi maşın vurub, “Xalq Sığorta” ödəniş etmir” - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ