"Ata Sığorta"da sığorta əməliyyatı etməyin! - GİLEY
Ucar rayonu T.İsmayılov küçəsi ev 34 ünvanında yaşayani Məmmədov Mahir Əliyusif oğlu "Ata Sığorta"dan şikayətçidir.
Bu barədə AFN-ə ünvanladığı şikayət məktubunda M.Məmmədov özü qeyd edib. Onun sözlərinə görə, sığorta şirkəti onu aldadıb sığorta pulunu vermək istəmir: "17 dekabr 2017-ci il tarixdə Ucar şəhərinin Oğuz küçəsi ərazisində mənə məxsus 10 NR 709 nömrəli VAZ-2107 markalı avtomobillə VAZ-21011 markalı avtomobil toqquşub. Nəticədə mənim avtomobilimə 1800 manat ziyan dəyib. Təqsir qarşı tərəfdə olub. Hadisəni araşdıran Ucar rayon Polis Şöbəsində buna dair sənədlər tərtib edilib. Həmin sənədləri "Ata Sığorta"nın Göyçay rayon filialına təqdim etdim. Oranın əməkdaşı Rauf Həmidov hər dəfə müxtəlif bahanələr gətirə-gətirə avtomobilimə dəyən ziyanın sığorta pulunu vermək istəmir. Rauf Həmidov mənə bildirir ki, sənədlərini hazırlayıb Bakı şəhərinə mərkəzi idarəyə göndərmişik, onlar pulu verən kimi sizə sığorta pulu ödəniləcək. Baş idarəyə zəng edib deyirəm onlar deyir ki, bizlik deyil. Artıq 6 aydır ki, "Ata Sığorta" məni süründürməçiliyə məruz qoyub. Gah deyirlər, sənə 550 manat sığorta pulu veriləcək gah da deyirlər ki, 250 manat veriləcək. Bu fırıldaqçı sığorta şirkəti istədiyi saxtakarlığı edir. Əslində isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, "Ata Sığorta" şirkəti edir. Mən mətbuat vasitəsi ilə vətəndaşlara bildirmək istəyirəm ki, ehtiyatlı olsunlar, "Ata Sığorta"da sığorta əməliyyatı etməyin. Bu şirkət dələduzluqla, saxtakarlıqla məşğul olur, vətəndaşları aldadıb pulunu mənimsəyir".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?