SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı

Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı

Tarix:

17-02-2021, 15:55

/ 568 dəfə oxundu.
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı

Keçmiş deputat Rafael Cəbrayılovun daha bir borcu üzə çıxıb.
HİT.AZ xəbər verir ki, keçmiş deputat Məmmədova Sülhiyyə Abid qızı adlı vətəndaşa 150 000 AZN borcludur. Məlumatda qeyd edilir ki, Sülhiyyə Məmmədova bu pulu Rafael Cəbrayılova məxsus “Gənclər şəhərciyi”də mənzil almaq üçün verib. Lakin keçmiş deputatın borclu olduğu digər vətəndaşlar kimi adıçəkilən xanım da nə mənzil ala bilib, nə də verdiyi pulu. Rafael Cəbrayılov verdiyi vədlərə baxmayaraq Sülhiyyə Məmmədovanın da pulunu qaytarmaqdan yayınır.
Xəbərə görə, artıq Sülhiyyə Məmmədova da pulunu geri almaq üçün hüquqi mübarizəyə başlayıb. O həm Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, həm də məhkəməyə müraciət edib.
Beləliklə, Rafael Cəbrayılovdan şikayətçi olanların sayı artıq 9 nəfərə çatıb. Keçmiş deputatın borclu olduğu digər şəxslər isə aşağıdakılardır:
Təranə Fətəliyeva – 300 000 dollar
Məlahət Qurbanova – 580 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova – 100 000 dollar
Şəfa Məmmədova – 80 000 dollar,
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000 dollar.

Şərhlər

XƏBƏR LENTİ