Sabah da qar yağacaq
Fevralın 18-də Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Fevralın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Fevralın 18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək