Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu - Keçmiş nazir özü danışdı
Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.
Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.
Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.
Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.
Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.
O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.//Gununsesi.info//
***
Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məlumat yayılıb.
Dia.az xəbər verir ki, xəbəri dəqiqləşdirmək üçün modern.az sabiq nazirlə əlaqə saxlayıb.
O isə “məni narahat etməyin” deyib:
“Mən evimdəyəm, heç yerə getmək fikrim yoxdur, mətbuatla da əlaqə saxlamaq istəmirəm. Jurnalistlər məni narahat etməsinlər”.
Yayılan məlumata görə, rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən sabiq mədəniyyət naziri həbs edilməsə də, istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb. Gununsesi.infonun məlumatına görə Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib. O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu bildirib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək