SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM

KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM

Tarix:

16-02-2021, 16:36

/ 899 dəfə oxundu.
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM

Bəli Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilib. Bəzi qreativ olan və daha çox aqrar sektorun inkişafına yardım edən işlər görülüb. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov gəncdir. 1977-ci ildə anadan olub. Azərbaycanın da 5-ci kənd təsərrüfatı naziridir. 2012-2018-ci illərdə ASAN xidmətin, daha doğrusu Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1-ci sədri olub. Təqdim edərək yazaq ki, kimdəsə bu tənqidimizin qərəzli olması barədə təsəvvürlər indidən ortadan qalxsın. 1994-cü ildə kimnaziyanı bitirib və cəmi 1 il, 1994-cü ildən 1995-ci ilədək Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Ali Məktəbində (ing. Richmond High School) təhsilini davam etdirib. 1995-ci ildə BDU-da hüquq fakultəsini bitirib və daha sonra bakalavr təhsilini Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. İnam Kərimovu tərifləmək məqsədilə deyil, sadəcə olaraq onun yenilik yaratmaq cəhdi, işlər aparması çox ürəkaçandır. Lakin artıq 3 ildir ki, Azərbaycanın kənd təsərrüfatı naziridir.

Və bu sahədə hələ də sələfi Heydər Əsədovdan qalan problemlər var və ondan ölkənin ən böyük fermerləri əziyyət çəkirlər. Tutaq ki, İnam Kərimov haqlı olaraq ölkədə kənd təsərrüfatı torpaqlarının suvarma, melorasiya xidmətindən narazı olub. Bu narazılığını da dəfələrlə dilə gətirib. Tutaq ki, Azərbaycanda aqrar sektor üçün texnika çatışmazlığı ilə bağlı narazılıqlar olub və artıq ötən ildən etibarən, xüsusilə də taxıl biçini işində uğurlar qazanılıb.

Lakin bu günə qədər hələ də İnam müəllim aqrar sektorla texnikaların təminatı, onların satışı, texniki servis xidmətinin təkminləşdirilməsinə bir töhvə verə bilməyib. Səbəbi kifayət qədər bəsittdir. Hörmətli gənc nazir Heydər Əsədovun aqrar texnika bazarında yaratdığı xaosu ortadan qaldıra bilməyib. Fakt?

O zaman keçək əsas fakta və narazılığa. Azərbaycanın əsas aqrar rayonlarından biri olan Mərkəzi Aranın rayonlarının birində Dövlət Başçısı tərəfindən təltif edilən bir fermer texnikadan narazılıq edir. Gundeminfo.az bəzi məqamları nəzərə alaraq və problemin həll ediləcəyi ilə bağlı qarşı tərəfdən açıqlama olacağını güman edərək həmin fermerin və rayonun adını hələlik yazmır.

Məsələn fermer cəmi 2 gün öncə bütün sosial şəbəkə istifadəçisi olan dostları ilə sevincini paylaşır. Cənab Prezident bu fermerin zəhmətini yüksək qiymətləndirib və onu "1-ci dərəcəli Əmək Ordeni" ilə təltif edir. Amma bir neçə gün sonra sahibkar gedir Gəncə Traktor Zavodundan traktor alır. Bu aqrar texnika hərəkət etməmiş ötürücülər qutusu sıradan çıxır. Sahibkar xahiş edir ki, əkin sahələrinin arat zamanıdır. Gəlin texnikanı düzəldin ki, zamanında işə yetişə bilsin. 10 gün keçir zavoddan səs çıxmır. Fermer əlavə olaraq 400 azn də xərcləyir və akumlyator və rele alır. Zavoddan deyiblər ki, traktorun üzərindəki akumlyatorlar 1 il sürülmədikdə avtomatik sıradan çıxır. Gülməli deyil, yəni zəmanət və texniki servis istəyirsinizsə, akumlyatoru özünüz almalısınız. Zavodun direktor müavini Elşən Məmmədov fermerə belə deyir və siz 30 min manata aldığınız traktoru işlədə bilmək üçün əlavə olaraq 400 manat da verib akumlyator almalı olacaqsınız. Fermer yazır ki, Azmaşlizinq ondan komissiya haqqı, kasko sığorta, qiymətləndirmə və sair müxtəlif adlar altında 5 min manat da əlavə pul alıb. Fermer həm də təəccübünü də gizlətmir. Deyir Elşən Məmmədov həm Gəncə Traktor Zavodunda direktor, Azmaşlizinqdə isə direktor müavinidir.

Gundeminfo.az yazır ki, başı bəlada olan fermer daha sonra bildirir ki, Elşən Məmmədov sabiq nazir Heydər Əsədovun yaxın adamıdır. Özü də uzun illər Aqrolizinqin rəhbəri olub.

İndi isə gələk əsas məqama. Heydər Əsədov uzun illər kənd təsərrüfatı naziri vəzifəsdində işləyib. Özü də son günlərdə adı medaida daha çox hallanan nazir kimi çəkilir. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudası olan Heydər Əsədovla bağlı mediada yeyinti faktlarına dair bir sıra iddialar yer alıb. Lakin nədənsə hələ də Azərbaycan aqrar sektorunda texnika problemləri və onların yaranmasında rol oynayan çete İnam Kərimovla çalışmaqda davam edir. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM

Şərhlər

XƏBƏR LENTİ