Tarif Şurası sahibkarları belə aldatdı
Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti qərarı ilə Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırıldı.
Artım dizeldə daha çox, yəni 33 faiz təşkil etdi ki, bu da ölkədə bir çox sahibkarlıq subyektlərinin və iri vergi ödəyicilərinin xərclərini daha da artırdı. Eyni zamanda Tarif Şurası dizel yanacağının bahalaşdırılmasının səbələrini açıqlayarkən sahibkarların bu qərardan əziyyət çəkməməsi və mümkün itkiləri neytrallaşdırmaq üçün kompensasiyanın ödəniləcəyini bildirdi. Məlumatda deyilirdi: “Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır”.
Artıq yanvar ayı başa çatıb və Tarif Şurasının mexanizmi açıqlamalı olduğu vaxtdan xeyli keçib. Lakin hər hansı açıqlama hələ də yoxdur və bir çox sahələrdə fəaliyyət göstərən sahibkarların maliyyə vəziyyəti günbəgün çətinləşir. Sərnişindaşıma sahəsindəki tarifləri də məhz Şura müəyyənləşdirdiyindən bu sahədə qiymət artımından söhbət də gedə bilməz və beləliklə yüzlərlə sahibkar çıxılmaz vəziyyədə qalıb.
Tarif Şurasının hansı səbəbdən kompensasiya ilə bağlı açıqlama verməməsi hələlik məlum deyil. Məsələ ilə bağlı Şuradan açıqlama verilmir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək