XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Baş Prokurorluqda "Qanun keşikçiləri" filminin təqdimatı oldu - FOTOLAR

Baş Prokurorluqda "Qanun keşikçiləri" filminin təqdimatı oldu - FOTOLAR

Baş Prokurorluqda "Qanun keşikçiləri" filminin təqdimatı oldu - FOTOLAR
11-02-2021, 11:55

Fevralın 11-də paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən media-tur təşkil edilmişdir.

Media-turdan sonra "Qanun keşikçiləri" adlı bədii sənədli filmin təqdimatı həyata keçirilmiş, daha sonra Baş Prokuror Kamran Əliyevin rəhbərliyi, prokurorluq əməkdaşlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə film seyr edilmişdir.
Filmin təqdimatı zamanı qeyd olunmuşdur ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bildirilmişdir ki, vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlığın təmin edilməsi, maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən kompleks tədbirlər görülməkdədir.

Nəzərə çatdırılmışdır ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu özündə əks etdirən "Qanun keşikçiləri" adlı bədii sənədli film ərsəyə gətirilmişdir.

Vurğulanmışdır ki, dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında mühüm rola malik olan prokurorluq orqanlarının 102 illik fəaliyyətinə qısa səyahət olan bu film onun dünəni və bu gününü əks etdirir.

Bildirilmişdir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlmiş filmin rejissoru Ramil Ağasıyev, ssenarist jurnalist Lalə Ədalət qızıdır. Filmin baş qəhrəmanı-prokuror rolunun ifaçısı aktyor, əməkdar artist Elşən Rüstəmovdur.

Vurğulanmışdır ki, respublika prokurorluğunun əməkdaşlarının da iştirak etdiyi bu film prokurorluqda aparılan son islahatları, müsbət inkişafı əhatə edir.
Baş Prokurorluqda "Qanun keşikçiləri" filminin təqdimatı oldu - FOTOLAR






XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.