SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ziya Məmmədovun 100 milyon xərclədiyi daha bir layihə yoxa çıxıb - FOTO

Ziya Məmmədovun 100 milyon xərclədiyi daha bir layihə yoxa çıxıb - FOTO

Tarix:

11-02-2021, 11:49

/ 682 dəfə oxundu.
Ziya Məmmədovun 100 milyon xərclədiyi daha bir layihə yoxa çıxıb - FOTO

Məlum olduğu kimi, 2008-2011-ci illər ərzində paytaxt Bakıda nəqliyyatın intellektual idarəedilməsi adlı sistem qurulub.
Yeniavaz.com xəbər verir ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunub. Layihənin icrasına nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirib. 2009-cu il aprelin 6-da Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi keçirilib. 2011-ci ilin dekabr ayında Mərkəz istifadəyə verilib.
2 il ərzində qurulan və təxminən 100 milyon manat vəsaitin sərf olunduğu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda fəaliyyət göstərmir. Quruma məxsus olan “niim.az” saytı öz fəaliyyətini dayandırıb. Bakı Nəqliyyat Agentliyi (BNA) yarandıqdan sonta bu qurumun tabeliyinə verilən Mərkəz barəsində BNA-nın rəsmi saytında hansısa əlavə bölmə növcud deyil.
Paytaxr küçələrində nəqliyyatı intellektual idarəetmə sisteminin qurulması üçün 450 kilometr elektrik, 320 kilometr fiber-optik rabitə xətti çəkilib. Eyni zamanda magistrall yollarda 60 kamera, 48 elektron tablo yerləşdirilib. Həmçinin dayanacaqlarda 664 ədəd informasiya terminalı quraşdırılıb.
Qeyd edək ki, BNA-nın rəsmi saytında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı sonuncu məlumat noyabr ayının 6-da yerləşdirilib. Həmin məlumatda qeyd olunur ki, Mərkəzin maliyyə hesabatlarının yoxlanılması üçün şirkət seçilir.
Ziya Məmmədovun 100 milyon xərclədiyi daha bir layihə yoxa çıxıb - FOTO

Şərhlər

XƏBƏR LENTİ