SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş Prokurorluğun yeni binasında altı idarə yerləşəcək

Baş Prokurorluğun yeni binasında altı idarə yerləşəcək

Tarix:

8-02-2021, 14:12

/ 752 dəfə oxundu.
Baş Prokurorluğun yeni binasında altı idarə yerləşəcək

Baş Prokurorluğun yeni inzibati binasında dörd korpusdan ibarət kompleksdə prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Bunu Baş prokuror Kamran Əliyev fevralın 8-də Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında Prezident İlham Əliyevə raport verən zaman bildirib.

Bildirilib ki, kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb.

Diqqətə çatdırılıb ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək.

Şərhlər

XƏBƏR LENTİ