XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!

Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!

Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!
21-01-2021, 10:33

"Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və icra sənədi olmadan, lap olsa belə, “İcra haqqında” qanunun 68.1.2 maddəsinə əsasən TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİN İCRASI ZAMANI ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNƏ baxmayaraq Ali Məhkəmənin (sədrlik edən və məruzəçi hakim Əhməd Nurməmmədov, hakimlər Abiddin Hüseynov və Vüqar Həsənov ) də sosial təminat, əmək-pensiya, hüquqi yardım almaq , məhkəmə təminatı hüquqlarını pozan ALİ QƏRARIndan Konstitusiya Məhkəməsinə şikayəti geri qaytarılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "Konstitusiya Məhkəməsinin (KM) Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov 25.12.2020 tarixli şikayəti 13.01.2021 tarixli məktubla ilkin öyrənib və geri qaytarıb ki, ŞİKAYƏT “KONSTİTUSİYA MƏHKƏMƏSİ HAQQINDA” QANUNUN 34.6.7 -ci MADDƏSİNİN TƏLƏBİNƏ UYĞUN TƏRTİB EDİLMƏMİŞDİR. BELƏ Kİ, ŞİKAYƏTDƏ MÜBAHİSƏ OLUNAN MƏHKƏMƏ AKTI İLƏ BAĞLI MÖVQE AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASINA və ya digər NORMATİV-HÜQUQİ AKTLARIN NORMALARINA İSTİNADLA HÜQUQİ ƏSASLANDIRILMAMIŞDIR” Bəri başdan deyək ki, KM-in şöbə müdiri səlahiyyətini aşıb. Nədən vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdirinin vətəndaşın Konstitusiya Məhkəməsinə Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə əsasən verdiyi şikayəti ilkin öyrənmək hüququ yoxdur. Bu ilkin öyrənilməni “Konstitusiya Məhkəməsi haqqında” qanunun 36.1 maddəsinə əsasən KM-in Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada KM-in Aparatı həyata keçirir. 36.2 maddəsinə əsasən ilkin öyrənilmiş şikayətlərlə əlaqədar İCLASIN HAZIRLANMASI üçün bir və ya bir neçə məruzəçi hakim təyin edilir. ƏN BAŞLICASI “KONSTİTUSİYA MƏHKƏMƏSİ HAQQINDA” QANUNDA ŞİKAYƏTİN QƏBUL ŞÖBƏSİNİN MÜDİRİ TƏRƏFİNDƏN VƏ ÜMUMİYYƏTLƏ QAYTARILMASI NƏZƏRDƏ TUTULMAYIB. Sadəcə, sözügedən qanunun 7.1 maddəsi Konstitusiya Məhkəməsinin Palatasının iclaslarında şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsini qərardadla həll edir. O ki qaldı, şikayətin hüquqi əsaslandırılmaması iddiasına, əvvəla, qanunda buna görə geri qaytarılma nəzərdə tutulmayıb və sonrası da, bəyəm məhkəmə qərarı və icra sənədi olmadan Vətəni müdafiə edərkən əlil olmuş şəxsin pensiyasını yarıqat etmək, əmlakına, reabilitasiya vasitəsinə həbs qoymaq hüquq pozuntusu deyil? Bəs Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunan məhkəmə təminatı , 61-ci maddə ilə təsbit olunan hüquqi yardım almaq hüquq və azadlıqlarının pozulması necə? Eyni zamanda, Ali Məhkəmə vicdansızcasına kassasiya şikayətinə 14 aylıq süründürməçilikdən sonra dinlənilmə, çəkişmə, bərabərlik, müdafiə hüququnu pozmaqla “baxıb” və “İcra haqqında” qanunun 68.1.2 maddəsini tətbiq etmədən saxta qərar qəbul edib. Qarabağ qazisinin Konstitusiyanın 29-cu, 38-ci maddələri ilə təsbit olunan mülkiyyət, sosial təminat hüququ da Ali Məhkəmənin 15.10.2020 tarixli qərarı ilə pozulub. Bu hüquqi əsaslandırma deyil, bəs nədir?

Anar Cəfərovun Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa qoyması birinci dəfə baş vermir. Bu məmur illərdir daxil olan şikayətləri səlahiyyətlərini aşaraq geri qaytarır və yenidən tərtib edib müraciət etməyi məsləhət görür. Beləcə eyni şikayəti ərizəçilər bir neçə dəfə təkrar göndərir və bu zaman aydın olur ki, 6 aylıq şikayət müddəti bitib. Və Anar Cəfərov sevincək yazır ki, şikayət müddəti keçdiyindən icraata qəbul edilməsi mümkün deyil. Bu da olur Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə vətəndaşların onların hüquqlarını və azadlıqlarını pozan qərarlardan şikayət etmək hüququ! Bir məsələni də vurğulayaq ki, dövlət məmurunun , özəlliklə vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdirinin şikayətlərə qadağa qoyması , bilərəkdən qanunları düzgün izah və tətbiq etməməsi yolverilməzdir. Sözügedən şöbənin işi

şikayətləri uyğun şöbəyə yönəltmək deyilmi? Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin 4-cü bəndinə əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, NK-nın, Baş Prokurorluğun, Ali Məhkəmənin , Naxçıvan Ali Məclisinin sorğusu əsasında Ali Məhkəmənin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Yəni, vətəndaşın şikayətinin bu maddəyə uyğun olaraq düzgün tərtib edilmədiyini iddia etmək, ən azı, Konstitusiyaya hörmətsizlikdir. Vətəndaşın Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinə əsasən şikayət etmək hüququ yoxdur! Vətəndaş yalnız Konstitusiyanın 130-cu maddəsinin 5-ci hissəsinə əsasən şikayət verə bilər və sözügedən maddənin 3-cü hissəsinin (bəzi) bəndlərində göstərilən məsələlərin həllini xahiş edə bilər.

Konstitusiyanın 12-ci maddəsinə görə, DÖVLƏTİN ALİ MƏQSƏDİ İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARININ və AZADLIQLARININ , AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ LAYİQLİ HƏYAT SƏVİYYƏSİNİN TƏMİN EDİLMƏSİDİR . Bu təminata isə heç kəs qadağa qoya bilməz. Konstitusiya Məhkəməsi də! Amma hələ ki, Konstitusiya Məhkəməsinin sıradan məmuru vətəndaşın şikayətinə və təbii ki, hüququna qadağa qoyub. Vətəndaş isə Qarabağ Vətən savaşında aldığı xəsarətlərə görə ödənilən vəsaitdən qanuna zidd olaraq məhrum edilib! Bunu necə əsaslandırmaq olar?"

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqılandırmağa hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.