"Atəşgah sığorta” yenə də narazılıq yaradır - "İki aydır maşınımı təmir etməkdən imtina edir"
Vətəndaş Elmir Səmədov iki ay öncə qəzaya düşsə də, sığorta şirkətinin qanunla üzərinə düşün vəzifəni yerinə yetirmədiyini bildirir.
Mubahise.az-a müraciət edən Səmədov Elmir Nürəddin oğlu bildirir ki, 2020-ci il dekabrın 10-da Salyan rayonu ərazisində idarə etdiyi “Mercedes Benz Sprinter” markalı 90 OR 412 nömrəli yük maşını digər avtomobil tərəfindən vurulub.
Həmin avtomobilin icbarı sığortasını həyata keçirən “Atəşgah” sığorta şirkəti qəza nəticəsində dəyən zərərə görə 3350 manat ödəniş təyin edib.
E.Səmədov bildirir ki, avtomobilinə 7590 manat dəyərində zərər dəydiyi üçün ödənişi almaqdan imtina edib və şirkətə bildirib ki, maşını lazımi keyfiyyətdə özləri təmir edib təhvil versinlər.
Lakin iki ay keçsə də, “Atəşgah” sığorta bununla bağlı heç bir addım atmır və bu tələbimdən sonra artıq şirkətin heç bir əməkdaşı zənglərimə cavab vermir.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək