SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt Dövlət Universitetindən - ŞİKAYƏT

Sumqayıt Dövlət Universitetindən - ŞİKAYƏT

Tarix:

19-01-2021, 11:27

/ 800 dəfə oxundu.
Sumqayıt Dövlət Universitetindən - ŞİKAYƏT

Azərbaycan Respubliksının Prezıdenti Möhtərəm İlham Əliyev Cənablarına
Surəti Azərbaycan Respubliksının Birinci Vitese-Prezıdenti Hörmətli Mehriban Xanım Əliyevaya
Surəti Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə
Surəti Azərbaycan Respubliksının Baş Naziri Cənab Əli Əsədova
Surəti Azərbaycan Respubliksının Baş Prokuroru Cənab Kamran Əliyevə
Surəti Azərbaycan Respubliksının Təhsil Naziri Cənab Emin Ərullayevə
Sumqayıt Dövlət Universitetinin tələbələri tərəfindən

ŞİKAYƏT

Məlumunuz olsun ki, Sumqayıt Dövlət Universitetində (SDU) başda İqtisadiyyat kafedrasının müəllimi Səidə Məmmədova olmaqla 5-ci kalona xidmət edən bir qrup müəllim Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan Hörmətli İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmaq yerinə daha da azğınlaşıblar.
Belə ki, tarix yazan Müzəffər Ali Baş Komandanımızın Başçılığı altında ordumuzun nüfuzuna kölgə salmaq niyyəti ilə “rusun icazəsi olmadan Azərbaycan bir qarış da irəli gedə bilməzdi” fikirlərini tələbələrə aşılayan Səidə Məmmədova özaşınalıq edərək, tələbələri qəsdən sıxışdırmaqla rüşvət verməyə məcbur edir. Distant təhsil zamanı həddən artıq bərbad dərs keçən S.Məmmədova keçmədiyi mövzuları imtahanılara əlavə edərək sualların sayını qəsdən 50-dən 70-ə qədər artırdı. S.Məmmədova öncədən bütün tələbələrə ultimatum göndərərək heç bir tələbəyə 17 baldan artıq qiymət yazmayacağam demişdir. Yenicə başlayan qışimtahanlarında Səidə m. ultimatumuna “sadiq” qalaraq tələbələrin ballarını kəsib doğradı. Hamı çox gözəl bilir ki, bizə normal dərs keçilməyib. İnternetlə bağlı çətinliklər yaşamışıq. Pandemiya şəraiti də buna təsirsiz ötüşməyib. Xüsusən də 44 günlük şərəfli Vətən müharibəsinin ağrı-acıları hələ canlarımızdan çıxmayıb. Lakin bunların heç biri S.Məmmədova kimilərin umrunda belə deyi. Əksinə, sanki tələbədən qisas alamaq üçün yarışır.
Bizə elə gəlir ki, S.Məmmədova kimilərinin məqsədi daima Cənab Prezidentimizin diqqət, qayğısını hiss edən biz gəncləri incitməklə onlar arasında narazılıq yaratmaqdır.
Əfsuslar olsun ki, 5-ci kalona xidmət edən S.Məmmədovanın bütün bu özbaşınalığı barədə SDU-nun 72 yaşlı rektoru Elxan Hüseynova rəsmi qaydada şikayət edərək S.Məmmədova barəsində təbir görməyini xahiş etməyimizə baxmayaraq bu haqda heç bir tədbir görmədi.
Qeyd etmək istəyirik ki, SDU-da ən rüşvətxor kafedra İqtisadiyyat Kafedrasıdır.
Ümumiyyətlə bütün ali məktəblərdə islahatlara ehtiyac var. Bütün pensiyanerlər işdən uazaqlaşdırılmalı, Təhsil Nazirimiz 38 yaşlı Emin Əmrullayev kimi cavanlar işləməlidir.
Sizdən artıq dərəcədə xahiş edirik 5-ci kalona xidmət edən İqtisadiyyat Kafedrasının müəllimi Səidə Məmmədova tərəfindən keçirilən imtahan nəticələrinin ləğv olunaraq onun barəsində araşdırma aparılması və tədbir görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk.

Sumqayıt Dövlət Universitetinin
tələbələri adından Rzayev Osman

Şərhlər

XƏBƏR LENTİ