"AtaSığorta"nın rəhbərliyindən ayrılan Qoşqar Həsənova vəzifə verildi
"AtaSığorta" şirkətindən ayrılan İdarə Heyəti sədrinin 1-ci müavini Qoşqar Həsənova dövlət qurumunda yeni vəzifə verilib.
"MediaPost"un əldə etdiyi məlumata görə, Qoşqar Həsənov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyin Xidmətinin 20 saylı ərazi idarəsinin direktoru təyin edilib. Q.Həsənov artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Q.Həsənov 23 il müddətində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb. 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə "Atasığorta" şirkətində İdarə Heyəti Sədrinin müavini və 1-ci müavini olaraq fəaliyyət göstərib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb