"AtaSığorta"nın rəhbərliyindən ayrılan Qoşqar Həsənova vəzifə verildi

"AtaSığorta"nın rəhbərliyindən ayrılan Qoşqar Həsənova vəzifə verildi "AtaSığorta" şirkətindən ayrılan İdarə Heyəti sədrinin 1-ci müavini Qoşqar Həsənova dövlət qurumunda yeni vəzifə verilib.

"MediaPost"un əldə etdiyi məlumata görə, Qoşqar Həsənov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyin Xidmətinin 20 saylı ərazi idarəsinin direktoru təyin edilib. Q.Həsənov artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Q.Həsənov 23 il müddətində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb. 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə "Atasığorta" şirkətində İdarə Heyəti Sədrinin müavini və 1-ci müavini olaraq fəaliyyət göstərib.
Geri qayıt