XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şəhid anası qızıyla damın altında tək qalıb - “Deputatımız bircə dəfə də...“

Şəhid anası qızıyla damın altında tək qalıb - “Deputatımız bircə dəfə də...“

Şəhid anası qızıyla damın altında tək qalıb - “Deputatımız bircə dəfə də...“
30-12-2020, 23:11

Müharibədə heç vaxt tam şəkildə mənəvi qələbə çalan olmur. Müzəffər Ordunun məğrur vətəndaşlarının ağrıları bəzən 5-10 il sonra üzə çıxır. Adətən, bu proses daha tez baş verir. Çünki savaşdan geridə zəfər qüruru ilə yanaşı başsız evlər, yetim körpələr, sinəsinə övlad dağı çəkilən analar da qalır. Məşhur filmdə də deyildiyi kimi, müharibə nəticəsində “İblis” peyda olur. Hansı ki, o, cümlə xəyanətlərə baisdir.

Digər müharibələr kimi, 44 günlük Vətən müharibəsi də nisgilsiz ötüşmədi. Çünki bu şanlı qələbə sevincini bizə 2 823 ata, oğul, qardaş canı bahasına yaşatdı. Onlardan biri də Ramazanlı İlqar Etibar oğlu idi. İlqar əsilləri Qərbi Azərbaycanlı olsa da, Bakıda böyüyüb. O, sentyabrın 25-i ailəsindən xəbərsiz müharibədə iştirak etmək üçün könüllü yazılıb.

Anası Sevinc Ramazanlı Yenisabah.az-a deyib ki, müraciətinə cavab gəlmədiyini görən İlqar sentyabrın 29-u çağırış idarəsinə gedərək cəbhəyə yollanmaq üçün təkid edib:

“Mən oğlumun könüllü yazıldığından xəbər tutmamışdım. Sentyabrın 26-ı gəlib, “Ana, sənə şad xəbərim var, muştuluğumu verərsən”,-dedi. Nə olduğunu soruşanda, “Mən səfərbərliyə könüllü yazılmışam”,-dedi. Onu eşidəndə bilmədim ağlayım, ya nə edim. Axı mənim bircə oğlum var idi, dayağım yox idi”

Sevinc ana oğlunun döyüş yolundan da söz açıb:

“İlk əvvəl onlar Füzuliyə aparılıb. Sonra 2-3 gün Ağdərədə olublar. Daha sonra isə Xocavənd-Şuşa istiqamətində döyüşüblər. Noyabrın 2-i ad günü idi, 3-ü Şuşa uğrunda gedən döyüşlərdə balam şəhid olub”.

Anamız ilk 17 gün oğlundan xəbər tuta bilməyib. Danışanda isə söhbətləri qısa olurmuş. İlqar döyüşlər haqqında bircə kəlməni belə anası ilə bölüşmürmüş:

“Müharibədən danışmırdı. “Əlavə suallar vermə”-deyirdi. Sonuncu dəfə isə 8 gün danışa bilmədik”.

Haşiəyə çıxaraq bildirim ki, İlqarın atasın 2006-cı ildə vəfat edib. Müharibə bu ailəni doğrudan da ən ağır şəkildə sınağa çəkib. Hazırda Sevinc Ramazanlı qızı ilə təkbaşına qalıb. Ailənin nə bir gəlir yeri, nə də döyəcəyi qapı var. Lap qapı olsa da, dağ boyda oğulu bu vətənə qurban verən ana dövlətimiz dura-dura, niyə kiməsə ağız açsın ki?

Şəhid anası dayaqsız qalmalarından ürək yanğısı ilə bəhs edib:

“İndi bacısı ilə qalmışıq tək başımıza. Binəqədi rayonu Xocasən qəsəbəsində yaşayırıq. Sədərəkdə dərzi işləyirdik. Koronavirusdan sonra iş yerimiz də bağlandı. Hazırda heç bir yerdən gəlirimiz yoxdu. Biz Yasamal qeydiyyatındayıq, sağ olsunlar, Yasamal rayon İcra Hakimiyyətindən tez-tez gəlib baş çəkirlər, ancaq nə nazirlikdən gələn olub, nə də deputatımız qapımızı döyüb. Bircə icra bizə dəstək olur. 2 gün əvvəl yenə nümayəndəsi burada idi, tez-tez maraqlanırlar. Amma heç nə balamın yerini vermir. Sadəcə onunla təskinlik tapıram ki, balamı unutmurlar...”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.