SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Beynəlxalq Bank Qarabağ əlilinə xidmətdən imtina edib - Limiti keçmək bəhanəsi ilə

Beynəlxalq Bank Qarabağ əlilinə xidmətdən imtina edib - Limiti keçmək bəhanəsi ilə

Tarix:

30-12-2020, 22:56

/ 865 dəfə oxundu.
Beynəlxalq Bank Qarabağ əlilinə xidmətdən imtina edib - Limiti keçmək bəhanəsi ilə

"Bu gün - 30 dekabr 2020-ci ildə Beynəlxalq Bankın Nizami filialında Qarabağ əlilinin xarici valyuta almasına qadağa qoyularaq satışdan imtina edilib. Səbəb kimi illik 11500 dollarlıq limitin aşması göstərilsə, əlil-müştəri əsl səbəbin 17 nömrəli kassada işləyən Günel adlı xanımın qərəzindən yarandığını bildirib. Belə ki, Qarabağ əlili kassirə növbədənkənar dollar satdığına görə iradını deyəndə, xanım əməkdaş kobudluqla “kimə istəyirsən, şikayət etməyi” qışqırıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bank filialının müdirinə şikayət etmək isə Qarabağ əlilinin istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə sonuclanıb. 2 saatlıq növbədən sonra qaziyə limiti keçdiyini bildirib , mühafizə polisi ilə binadan çıxarıblar . Maraqlıdır ki, əlildən öncə kassirin növbədənkənar 5800 dollar satdığı müştərinin səhər tezdən də dollar aldığını elə kassir xanımın özü “növbəsiz xidmət”inə haqq qazandırmaq üçün vurğulayıb. Qarabağ əlili ha anlatsa da ki, limit həddinin keçilməsi valyutanın mənbəyini göstərəndə qüvvədən düşür, filial müdiri də, Günel xanım da “dedığım dedığdır” deyib xidmətdən imtina ediblər. Müştəri Beynəlxalq Bankın 4930091 nömrəsi ilə əlaqə saxlayanda isə dəstəyi götürən xanım operator əlil-istehlakçının şikayətini qeydə almaqdan imtina edib ki, əsassızdır. Bəyəm şikayətin əsasla-əsassız olmasını telefon operatoru müəyyən edir? Bir də Qarabağ əlilinin 300 dollarlıq valyutası bank sektorunu çökdürəcəkmiş? Bunu əvvəldən desəydilər, əlil -istehlakçı limitdən yararlanmayan ailə üzvlərini də özü ilə cüzi dollar dəyişməyə aparardı. Bankın istehlakçı hüquqlarını pozmasından, yəqin ki, məhkəməyə müraciət ediləcək. Ağrıdıcı odur ki, bank müdiri və kassiri digər müştəriləri və mühafizə polisini də qanunsuz əməllərinə ortaq edib.

Belə bank xidməti ilə yeni ildə nəyəsə ümid etmək olar? Qarabağ əlilinin xaricdə müalicəyə getməyə pensiyasını dollara çevirməsi ölkənin valyuta ehtiyatlarının tükənməsinə gətirəcək?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ