SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azəriqaz"dan daha bir NARAZILIQ... - "...karantinlə bağlı qəbul etmədilər"

"Azəriqaz"dan daha bir NARAZILIQ... - "...karantinlə bağlı qəbul etmədilər"

Tarix:

2-12-2020, 11:13

/ 1 067 dəfə oxundu.
"Azəriqaz"dan daha bir NARAZILIQ... - "...karantinlə bağlı qəbul etmədilər"

"Bilmək istərdim, "Azəriqaz"ı məhkəməyə vermən üçün nə etməliyəm? Ümumi prosesin gedişatı maraqlıdır - sənədlərdən, rüsumdan tutmuş prosesin gedişatına və nəticəyə qədər". DİA.AZ bildirir ki, bu barədə Masazır sakini Gülzadə Habil İbrahim oğlunun şikayətində qeyd olunur.

Şikayətçi daha sonra bildirir: "Mart ayında sayğac geri saymağa başladı. Karantin dövrü olduğu üçün ödəmədik. Fikirləşdik ki, nə zərəri var, borc borcdur, yazsın sonda ödəyərik. Sonra elə oldu ki, sayğac tamam sıradan çıxdı. 185 qaynar xəttə zəng vurduq, gəlib sayğacı yeni mexaniki sayğacla əvəz etdilər. Mənfiyə yazılan məbləğı də aktlaşdırdılar. Növbəti ay baxırıq ki, işlətdiyimiz məbləğdən əlavə 185 manat da borc yazılıb, halbuki mənfiyə gedən məbləğ 83.50 azn idi. Qaz idarəsinə getdik göndərdi regional idarəyə. Orda da karantinlə bağlı qəbul etmədilər. Telefonla daxili nömrə ilə danışdıq, dedilər ilin sonuna kimi silinəcək. Amma hər ay qaz idarəsindən işçilər gəlib borcu ödəməyimiz üçün israr edirlər. Nəhayət , o gün hay-küylə gəlib plombladılar ki, mütləq ödəməlisiz. Yenə getdik regional idarəyə. Yenə bir tutarlı cavab vermədilər. Biri də deyə bilmir ki, mənə niyə ikiqat qaz pulu yazılıb. Niyə yazılmalıdır axı ? Niyə mən Masazır- babək prospekti arası yol ölçməliyəm ? Hələ sistemdə ilişib qalıb karta yüklənməyən məbləğləri demirəm. Gedirik asan komunala, deyir "bərpa etdik" , gəlib kartı salıram sayğaca , göstərir balans sıfır. Azəriqaz İstehsalat Birliyi erməni kilsələrinə verdiyiniz qazın pulunu bizdən çıxırsız ??? Niyə bətəndaş işini-gücünü atıb sizin işbilməzlərin səhvini düzəltmək üçün əlləşib-vurmaldır ???"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Azəriqaz"dan daha bir NARAZILIQ... - "...karantinlə bağlı qəbul etmədilər"

Şərhlər

XƏBƏR LENTİ