"120 manat borcumuz olduğundan sayğacı dəyişib..." - GİLEY
Azərbaycanda sayğac dəyişdirildikdən sonra vətəndaşa 700 manat borc yazılıb.
Bunu BiG.AZ-a Cəlilabad rayon sakini Zahid Rzayev şikayətində bildirib. Onun sözlərinə görə, sayğac dəyişdirilənə qədər 120 manat borcu olsa da, bu borcu ödəyib. Lakin sayğac dəyişdirildikdən sonra ona 700 manat əlavə borc yazılıb:
“120 manat borcumuz olduğundan sayğacı dəyişib smart kartla işləyən sayğac qoydular. 5 aydan sonra bildirdilər ki, 700 manat borcum var. Bununla bağlı Cəlilabad rayon İşıq İdarəsinə müraciət etdik. Onlar dedi ki, bu borcu sizə Şirvan şəhər İşıq İdarəsi yazıb, oraya da müraciət edin. Onlar da Cəlilabad İşıq İdarəsinin boynuna atdı. Sayğac dəyişilən zaman heç bir akt da yazılmayıb. İşıq idarəsinin nümayəndələrinin özləri də bu qədər borcun yazılması səbəbini bilmirlər”.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: “Həmin abunəçiyə hansı səbəbə 700 manat borcun yazıldığı araşdırmalardan sonra bəlli olacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...