SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Laçın dəhlizi və Xankəndi yolu minalardan təmizləndi

Laçın dəhlizi və Xankəndi yolu minalardan təmizləndi

Tarix:

17-11-2020, 20:48

/ 730 dəfə oxundu.
Laçın dəhlizi və Xankəndi yolu minalardan təmizləndi

Rusiya sülhməramlıları Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan tam təmizləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyib. Bu gün saat 10.00-dan Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb”, - deyə İ. Konaşenkov qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ