"İrşad Elektronics" ancaq narazılıq yaradır - GİLEY
"17.10. 2020-ci ildə "İrşad Elektronics"in Bakıxanov filialından ev telefonu aldım, telefonun ekranını yandırdı dedi ekran yandı işləyir, dedim yoxlayaq enerji yığırmı, dedi elə problem olmur". DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Asif Əmiraslanov "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşıb.
Daha sonra narazı vətəndaş yazır: "Yelefonu xəttə birləşdiriləndən sonra enerjisi az idi gördüm 1 xətt var idi qoşdum hətda 1 gün gözlədim yığmadı, 29.11.2020-ci ildə apardım İrşad electronicsin texniki servisinə, telefon işləmir dedim qaytarmaq istəyirəm (hələ 14 gün tamam olmayıb), işçi qəbul etdi mənə qəbz verdi. Mən də dedim qəbzdə 14 gün müddətində yazılıb, dedi sizə aidiyyatı yoxdu 5 iş günü müddətində sizə məlumat veriləcək.
Hər gün zəng edirəm mənə deyirlər ki, sizə məlumat veriləcək, 1 həftə keçib artıq.
Hələ məlumat veriləcək deyilir, çox hörmətli "İrşad Elektronics", çox xaiş edirəm, vicdanınızla mübarizə aparın probleminizi bizə bildirmədən həll edin ödənişimi geri qaytarın. İnsanları ALDATMAYIN".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb