Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Bu barədə Numan Kurtulmuş X-da paylaşım edib.
“Görüş zamanı ölkələrimiz arasında mövcud olan dərin dostluq və qardaşlıq əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmlənməsindən məmnunluğumuzu qarşılıqlı şəkildə ifadə etdik. Həmçinin regional və qlobal səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi apardıq. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin Şuşa Bəyannaməsinə uyğun olaraq bütün istiqamətlərdə daha da gücləndirilməsi əzmimizi bir daha təsdiqlədik”, - deyə TBMM sədri qeyd edib. XalqXeber.Az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb