"Gilan Holdinq"in şirkəti 2 aydır ki, işçilərin maaşını vermir - AKSİYA
"Gilan Hondinq"ə daxil olan "URBN Limited" şirkəti 2 aydır ki, işçilərinin əməkhaqqını vermir. Söhbət şirkətin həyata keçirdiyi "Aypara İnkişaf Layihəsi"ndən (Crescent Development Project) gedir.
"MediaPost" xəbər verir ki, işçilər hazırda "Marriott Abşeron" hotelin qarşısına toplaşaraq etiraz edirlər. Etirazçılar bildiriblər ki, eyni vəziyyət artıq bir neçə dəfədir ki, təkrar olunur:
"Maaşlarımız yenə də gecikdirilir və artıq 2 aydır ki, verilmir. Təzminat verilmədən bizi işdən çıxaracaqlarını deyirlər. Vəziyyət belə davam edərsə, Neftçilər prospektini bağlayacağıq".
"URBN Limited" şirkətinin nümayəndəsi işçilərə bildirib ki, məsələ ilə bağlı layihə rəhbəri ilə danışılacaq və bu gün saat 3-də işçilərə məlumat veriləcək. 

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb