XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səfər Mehdiyevin gömrük hikkəsi ölkəni maşın qəbirstanlığına çevirib... - İLGİNC FAKTLAR...

Səfər Mehdiyevin gömrük hikkəsi ölkəni maşın qəbirstanlığına çevirib... - İLGİNC FAKTLAR...

Səfər Mehdiyevin gömrük hikkəsi ölkəni maşın qəbirstanlığına çevirib... - İLGİNC FAKTLAR...
4-11-2020, 12:35

Yeni avtomobillərin qiyməti çox baha, gömrük rüsumları və ƏDV yüksək olduğu üçün onların ölkəyə gətirilməsi də baha başa gəlir. Bu barədə DİA.AZ-a danışan gömrükdəki mənbə iddia edir ki, məhz hazırki Dövlət Gömrük Komitəsinin anlaşılmayan inadkarlığı səbəbindən sözügedən istiqamətdə qanunvericiliyə məhz vətəndaşların xeyrinə ola biləcək müdaxilə yubadılır və yaxud da mümkünsüz edilir.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 27792 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur. Elə Dövlət Gömrük Komitəsinin öz məlumatına istinad etsək, görərik ki, hesabat dövründə ölkəyə 25999 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 25% çoxdur.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 2453 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ekspertlərin sözlərinə görə, avtomobillərin ölkəyə gətirilməsi iki ildir ki, sürətlənib. Pandemiya dövründə bir qədər zəifləmə müşahidə edilsə də, son iki ayda yenidən ölkəyə avtomobillərin gətirilməsi artıb: "Bu artım da avtomobil salonları sayəsində olur. Çünki şəxslər gedib, bir avtomobil gətirə bilərlər. Vətəndaşların isə ölkədən çıxması və ya ölkəyə daxil olması qadağandır".

Azərbaycana avtomobillər TIR-lar və ya evakuatorlarla Gürcüstan, Almaniya, Dubay, ərəb ölkələri və digər yerlərdən gətirilir ki, onların da 70-80 faizi "ikinci əl"dəndir: "Yeni avtomobillər çox az gətirilir. Düzdür, əhali arasında aparılan təbliğata görə, son zamanlar əhali yeni avtomobillərə üstünlük verir. Amma yeni avtomobillərin qiyməti çox baha olduğundan, həmçinin gömrük rüsumları və ƏDV yüksək olduğu üçün bu avtomobillərin ölkəyə gətirilməsi də baha başa gəlir. Bu səbəbdən avtomobil alarkən vətəndaşlar başqa üsullara əl atır, Çin və yerli avtomobillərə üstünlük verirlər".

DİA.AZ-a danışan mənbənin sözlərinə görə, harada istehsal edilməsinə baxmayaraq, yeni avtomobillərin uzun müddət istismar dövrü var. Dövlət proqramında da nəzərdə tutulduğu kimi, köhnə avtomobillərin istismardan çxıarılması, avtomobil parkının yenilənməsi məsələsi gündəmdədir. Bu da yeni avtomobillərə olan marağı artırır. Ancaq rüsumların çox olması, yeni avtomobillərin qiymətini bahalaşdırır və bu da alıcılıq qabiliyyətini zəiflədir.

Gömrükədki mənbənin fikrincə, pandemiya dövründə zərər görən sahələrdən biri də avtomobil sənayesidir. Bu bazarın dirçəlməsi üçün gömrük rüsumlarının, əlavə dəyər vergisinin azaldılması vacibdir: "Bu rüsumları 2017-ci il səviyyəsinə qaytarmaqla müəyyən qədər vəziyyətdən çıxmaq olar. Belə olarsa, ölkəyə gətirilən avtomobillərin də sayı artacaq və əhalinin alıcılıq qabiliyyəti yüksələcək. Hazırda isə ilk növbədə ölkədə avtomobil parkı yenilənməlidir".

Onu da qeyd edək ki, dəfələrlə hökumətin bu istiqamətdə müdaxilə cəhdləri olsa da, qeyd edildiyi kimi Səfər Mehdiyev məhz şəxsi maraqları səbəbindən gedişatı əngəlləyə bilib. Mənbə dia.az-a bildirir ki, bu kimi yollarla DGK rəhbərliyi büdcə ödəmələrini asanlıqla "yönəldə bilir". Bu barədə daha geniş yazımız olacaq və ətraflı məlumatları təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.