İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb.
Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasın bugünkü bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib.
Müzakirələrin yekununda 28 maddədən ibarət Bakı Bəyannaməsi və digər sənədlər qəbul edilib və bununla da sessiya işini yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.
***
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası işini davam etdirir.
Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.
Xatırladaq ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi sessiya bu gün yekunlaşacaq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb