"Özüm və oğlum əlilik, kirayə pulunu verə bilmirik" - Şəhid xanımı parklarda gecələyir
Vətən uğrunda canından keçən, gözünü qırpmadan həyatını qurban verən şəhidlərimizin özündən sonra bizlərə əmanət elədiyi təkcə Vətən yox, həm də onların alilələri, yaxınlarıdır.
Di gəl, bu məmləkətdə haqsızlıqdan əziyyət çəkən, laqeydliyin qurbanı olanlar arasında onların ailələri, yaxınları da var. Kəlbəcər uğrunda gedən döyüşlərdə həyatını itirən Rafiq Məhərrəmovun ailəsi artıq uzun illərdir onlara olan biganəlikdən əziyyət çəkir.
Sabunçu rayonu, Vişnovka-2, Bağ sahəsi, evi 212 ünvanında qeydiyyatda olan Məhərrəmova Arzu Həsən qızı yazdığı məktubda bildirir ki, I qrup əlildir: "Oğlum Məhərrəmov Əli Rafiq oğlu II qrup əlildir. Mənim yoldaşım Rafiq Məhərrəmov 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid oluи. 1994-cü ildən bu yana mən əzab çəkirəm. Bir qız övladım - Sevda Məhərrəmova şəraitsizlikdən 7 aylığında dünyasını dəyişdi. 2013-cü ildən də mənzil növbəsindəyəm. Ailə vəziyyətim olduqca pis".
Arzu Məhərəmova yazır ki, neçə illərdir kirayələrdə qalır, kirayə pulunu verə bilmədikdə isə övladı ilə birlikdə parklarda gecələməyə məcbur olur.
Vasitəmizlə ölkə rəhbərliyinə müraciət edən şəhid xanımı Arzu Məhərəmova bildirir: "Xahiş edirəm ki, mənim ailə vəziyyətimin ağır olmasını, şəhid ailəsi olduğumü, özüm və oğlumun əlil olduğumuzüi nəzərə alaraq bizim müvəqqəti sığınacaqla təmin olunmağımıza köməklik edəsiniz".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...