Peyvənd istehsalçısı Rusiyada peyvəndləmə niyə aprılmır? – “Bu peyvəndin təhlükəsi var"
Bu günlərdə Novosibirskdə yerləşən “Vektor” mərkəzinin COVID-19 əleyhinə ikinci peyvəndi qeydiyyatdan keçib.
Avqust ayında isə “Sputnik V” adlanan ilk peyvənd qeydiyyatdan keçib. Hazırda qonşu ölkə üçüncü peyvənd üzərində çalışır. Daha doğrusu peyvənd hazırlanıb, sadəcə qeydiyyatdan keçməsi ilə bağlı işlərə başlanıb.
Rusiya həm də yoluxmanın azalmadığı ölkələrdəndir. Son günlər qonşu ölkədə yoluxma ikiqat artıb.
Maraqlıdır, iki peyvənd istehsalçısı olan Rusiyada kütləvi peyvənləşmə aparılmır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında Rusiyanın istehsal etdiyi peyvəndin müasir üsulla əldə olunmadığını bildirib:
“Bu peyvənd sadəcə virusu zəiflədir. Onun xeyli problemi və təhlükəsi var. Ona görə də Rusiya əhalisi peyvəndlənmək istəmir. İkincisi, peyvənd Dünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilməyibsə, niyə istifadə edilməlidir? Müasir peyvənd aktiv immunizasiyadır. Virusun, bakteriyanın, mikroorqanizmin tərkibindəki antigenlər xüsusi malekulyar biologiyanın üsulları ilə orqanizmə hopdurulur.
Hesab edirəm ki, köhnə üsullardansa, müasir vasitələrlə bu vaksin alınmalıdır. Əslində xarici ölkələrdən müasir üsulla hazırlanmış peyvəndlər alınıb. Hələlik reklam olunmur, çünki istehsala buraxılmayıb. Həmçinin kliniki testlərdən çıxır. Amma Rusiya isə öz peyvəndini asanlıqla elan etdi və bütün dünyaya məsləhət də gördü”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb